Görəsən ömr elədim bir dəfə öz canım üçün?!
Bu qədər ki yaşadım, təkcə o cananım üçün
Məhbəs oldu mənə qəlbim mən onun məhbusu
Azad olsam yaşaram mən də bu vicdanım üçün
Üzü olmuşdu münəvvər gecənin mahı kimi
Bircə yolluq baxışı bəsdi bu əfğanım üçün
Səndən ayrı yaşamaq, gülüm, sitəmdən də betər
Tək vüsal dərman olar bu gözü giryanım üçün
Elə zənn etmə xilaf eyləmişəm peymanıma
Verərəm yüz canımı bir əhdi-peymanım üçün
Yazaram, Rabil, hər an mən də səninçün sonacan
Bilmirəm kim nə deyər bu dövrü-zamanım üçün
🍂QəmliAşiq🍂
©qemliaşiq
M