Ö

Görüşək!

Müəllif Ömür Yazar 25.09.2020
Görüşək!
Gəl səninlə yuxularda görüşək,
Mən də yatım, sən də orda rahat yat.
Öz hesabın bitsə mənə xəbər ver,
Ölüm mənim hesabıda hesablat.
Gəl səninlə xəyallarda görüşək,
Sən xəyal ol, mən xəyalpərəst biri.
Səni hərkəs yaşadır, bir mənə bax,
Guya indi sən ölüsən, mən diri.
Üzü soyuqlaşıb, üzsüz torpağın
Bu gün bəhər verir, sabah da alır,
Ölüm həqiqətdir, təsirli olan.
Salamatlar gedir, çürüklər qalır.
Ömürün də sonu, soyuq məzardı,
O da yazıb qoyur, toxuyan olsun.
O öləndən sonra məzarın üstə,
Bir Fatihə, quran oxuyan olsun.
©ömüryazar