Dinləyib sözlərini gözlərində itdim gözəlim
Bu qədər eyləmə naz tükənib bitdim gözəlim.
Dözmərəm qəmzələrin salsa məni ahuzara
Götürüb baş gedərəm mən hara getdim gözəlim
Sənin eşqindi məni yadlara möhtac eliyən
Həmin eşqinlə qəlbi pərişan etdim gözəlim
Bu soyuq duyğumun ağzında qalan dərd əlini
Çıxarıb sevgimin ovcunda isitdim gözəlim
Hər gün o gözlərində iməkləyən hislərimi
Əllərindən tutaraq biraz yeritdim gözəlim
Eşid ey candan əziz bir baxışın hökmü ilə
Buz tutan bu qəlbdə min qarlar əritdim gözəlim
27.07.2022..
_Hüseyn Məmmədov
©_huseyn_
_