T

Gözəlim..🌹

Hərdən gözəlim yadıma düşərsən,
Bu həsrət acısını sən nə bilərsən.
Ölərəm bir gün məzarıma gələrsən
Bir gül dəstəsiylə yad eyləyərsən..
🥀
Uzaqdan izləyirəm mən yalnız səni,
Dəyişdin bir qul kimi əğyarə məni .
Sən saldın bu yaşda saçıma dəni,
Gəlib bu cismimi abad eyləyərsən..
🥀
Alışmışam dərd çəkməyə uşaqlıqdan,
Dərdimə dərman tapıram qaranlıqdan .
Usanmışam məni bürüyən yalnızlıqdan
Gəlib bu oyunda məni mat eyləyərsən .
🥀
©sh.tural