T

GÖZƏLİM

Üzmə öz aşiqini gəl gözəlim.
Necə ki gəlirdilın əvvəl gözəlim.
Nə gərək bir belə üz aşiqini
sev ki gör eşqidə düz aşiqini
rəhm et yormadan öz aşiqini
al sakit güşəyə dincəl gözəlim.
Sevginin məqamı aşiqliydi
aşiqin məqamı sadiqliydi
dərk edən cənnətə layiqliydi
o,kəsin eşqi mükəmməl gözəlim.
Cəhd edib diqqət elə hər işinə
gərəkdir insan hər işi düşünə
bu günü elə yaşa sal keçmişinə
olmasın gələcəyə əngəl gözəlim.
Məşuqun gözəlliyi vəfasıdır
sadiq qəlbinin eşq sədasıdır
şərəfi,namusu,ismətidir,həyasıdır
bu gözəlliydi gözəllərdə ən gözəl gözəlim.
©tenhaasiq