Tənha qaranlığa otağda
kimsəsiz xəstə yatağda
ölüm gözlədiyim çağda
məzlum-məzlum sənin üçün
gözlər baxar yola hər gün.
Səni yad sevib əzizlər
hanı vəd verdiyin sözlər
intizardan yorulan gözlər
qəmli-qəmli üzgün-üzgün
tənha baxar yola hər gün.
Bunu qıydın mənə necə
dərdnən baş başa hər gecə
yorğunluğu almaz vecə
aciz baxışlarla düşün
gözlər baxar yola hər gün.
TƏNHA AŞİQ qəlbi yara
necə qıydın Bəxtiyara
gözlər məhkum intizara
ürekdə həsrətlə sürgün
gözlər baxar yola hər gün.
" TƏNHA AŞİQ "
©tenhaasiq
T