Baxmayıbdır özgə bir əğyarə gözlər səndədi
İnci tək parlaq olan qapqarə gözlər səndədi
Kim vəfadan dəm vura hər bir bəlayə dözməli,
Həm əməl, həm dildə söylər yarə gözlər səndədi
Hər kəsin dərdinə bir dərmanı vardırsa, mənim
Bu yaralı qəlbimə tək çarə gözlər səndədi
Hər nə qədri qəlbimə dağ çəksə də bu hicranın
Sındırıb eylərsə də lap parə gözlər səndədi
Qəlbini, Merac, vəfalı yarə ünvan eyləsən,
Qəlbi hicranla görə min yarə gözlər səndədi
🍃MERAC🍃
©merac
M