Gözünün yaşını silim
İzin ver, nazlı sevgilim
Gözünün yaşını silim
De mənə bir, məndə bilim
Gözləri nəmli sevgilim
Gözünün yaşını silim
Nə desən bil ki, edərəm
Sənə tər, güllər dərərəm
Sənsiz mən, bil ki betərəm
Toxunsun əlinə əlim
Gözünün yaşını silim
Gecə, pəncərə önündə
Ya da bir payız, günündə
Qanıyırsan, bu könlümdə
De, mənə lap, indi gəlim
Gözünün yaşını silim
Bəs etmir, bir iki sətir
Ey külək, get Onu gətir
Get de Ona, sürsün ətir
Qoxusun içimə çəkim
Gözünün yaşını silim
Hansı sözüm, acıtdı səni
Bu qədər, yandırma məni
Gəl sil bu qüssəni, qəmi
Yansın, kül olsun bu dilim
Gözünün yaşını silim
26.11.18
©orxan.xan
O