T

Gətirmə

Mənə xoşbəxtlik gətir,bəşarət gətir,
Amma bədbəxtlik,səfalət gətirmə.
Mənə xoşbəxtliyə gedən yolda bir ümid,işarə gətir,
Amma rusvayçılıq,rəzalət gətirmə.
Mənə sevgi gətir,bəşaşət gətir,
Amma üzüntü,kəsalət gətirmə.
Mənə sevinc,məhəbbət gətir,
Amma aldadış,xəyanət gətirmə.
Mənə güc gətir,mətanət gətir,
Amma əzab-əziyyət gətirmə.
Mənə sevda gətir,vüsalət gətir,
Amma dağıntı,fəlakət gətirmə...