_

Gülən adamlar

Sarılır boğaza yaşda ilan tək
Sıxaraq öldürür boğur acıyla
Kimilər doldurub ömür bağını
Gediblər sayısız qəm ağacıyla
Güc gələ bilməyib dərdi-sərinə
Mehinə əyilib incə həsrətin
İllərcə yaralı yaşayan insan
Axı necə gəldi bu sənə çətin
Gülərdin həmişə ovudub için
İndi qanayıbdı qalıb sarğısız
Sənin duyğuların ağlayır gecə
Hiss edib özünü tənha qayğısız
Bir işıq gözləyib zülmət içində
Axtarır kor olan hissləriylə şam
Taqəti qalmayıb deməyə daha
Onsuz o işığa çoxdan uzağam
Sanır arxasınca dağlanılır qəlb
Ömürü bitirib ölən adamlar
Əslində hamıdan çox ağlayırlar
Sifəti daima gülən adamlar
©huseyn_nn