Mən sənin sinəndə vuran ürəyin,
Sən mənim dünyama işıqsan Gülüm 🌹
Mən sənin saçlarına əsən küləyin,
Sən mənim iki baxar gözümsən Gülüm 🌹
Mən sənin hər yerdə arxa dayağın,
Sən mənim dərdimə məlhəmsən Gülüm 🌹
Mən sənin büdrəməyən iki ayağın,
Sən mənim darıxanda fikrimsən Gülüm 🌹
Mən sənin səhraya düşmüş Məcnunun,
Sən mənim gözləyən Leylimsən Gülüm 🌹
Mən sənin o gözəl üzünə vurğunun,
Sən mənim bağçamda gülümsən Gülüm 🌹
©sh.tural
T