M

🍃...Gülüm...🍃

Kədərimlə doludur yazdığım hər namə, gülüm
Görən nə vaxt yetərik biz də həmən kamə, gülüm?!
O qədər bağlanmışam hüsnünə
hər şamu-səhər
Baxıram əlimdəki mey dolu bir camə, gülüm
Bircə "ol" əmriylə var etmişdir Allah insanı,
Cahan ol qüdrət ilə gəlibdir nizamə, gülüm
Bu sirli kainatın sahibi,əlbəttə ki, var
Hansı qüdrətdi qovan gündüzü axşamə, gülüm?!
Tək olan Allahı yad etməklə şad olmuş könül
Onu zikr etmək ilə gəlmişəm ilhamə, gülüm
Rabil, əl çəkmə bir an "rahi-hidayət"sə yolun
Yetirib çox aşiqi bu yol ol məqamə, gülüm
🍂QəmliAşiq🍂

©qemliaşiq