Gözəlliyin heyran edib məleyi
gözləri şəhla məleyim
təravətli nəfəsin cənnət küləyi
gözləri şəhla məleyim
sənsən sevən qəlbin arzu-diləyi
gözləri şəhla məleyim
şad elə qəlbimi eşqinlə gülüm
gülüm mənim.
Qarə gözlərin ki cəlb etdi məni
aşiq oldum nə edim
özümdə bilmədən bir anda yəni
aşiq oldum nə edim
bircə baxışla ilk gördükdə səni
aşiq oldum nə edim
qıyma qəlbi yora dərd ilə zülüm
gülüm mənim.
Heç sevmədi yar,sevirəm deyib
inandırdı məni
hicrində üzüb qəlbi kədər-qəmlə
dolandırdı məni
yetər artıq hicrində bu həsrət
odu yandırdı məni
gəl çatım kamə,qıyma ki üzülüm
gülüm mənim.
TƏNHA AŞİQ səni sevir gözəlim
divanə kimi
sən haqqındadır şeyrim-qəzəlim
divanə kimi
naümid qaldım sənə çatmır əlim
divanə kimi
belə tənha yaşamaq özü bir ölüm
gülüm mənim.
🔥🔥🔥🔥🔥🔥🔥
🔥 TƏNHA AŞİQ 🔥
🔥 🔥🔥🔥🔥🔥🔥
©tenhaasiq
T