Sənçin çox çətin olar aşiq yolu
qəlbin xəyanət və fəsadnan dolu
sən sevgidən üstün bilirsən pulu
mən kasıbı zəngin özgəyə sat get.
get hələ ki gülür üznə həyat get.
Sənin hər günahna şahidəm mən
istəmirəm qəlbini incidəm mən
bir məhbusam zindana aidəm
mənə cəza sənsizliksə rahat get.
get hələ ki gülür üznə həyat get.
Qabağ məni sevib əzizdiyərdin
görüşə görə saatı çox izdiyərdin
hər an mənim gəlmeymi gözdiyərdin
indi heç səbəbdə yox məni at get.
get hələ ki gülür üznə həyat get.
Bil BƏXTİYAR sənsizdə bəxtiyardı
sənlə həyat bitmir hələ var ardı
TƏNHA AŞİQ aşiqliyi bacardı
bacarmayan sən oldun salamat get.
get hələ ki gülür üznə həyat get.
~~~~~~~~~~
TƏNHA AŞİQ
~~~~~~~~~~
©tenhaasiq
T