Qəlbimin o qəzəb yağışlarından
Mərhəmətim sənə çətir olacaq.
İntiqam peşində deyiləm, qorxma,
Hesabımız qiyamətə qalacaq!
Nə zaman ki yarpaq tökümü başlar,
Ömür ağacından düşər yarpaqlar...
Hələ yetişməmiş budaqda barlar,
Onları acı bir şaxta vuracaq.
Çəkdiyin zəhmətin gedər hədərə,
Yediyin hər tikə dönər zəhərə.
Əlnlə yazdığın acı qədərə,
Gözün baxa-baxa ,rəngin solacaq.
Sənin ayağının altda sərdiyim
Ümidlərim idi,kal-kal dərdiyin.
Sənin bu həyatda görüb=gördüyün
Məndə bitirdiyin nöqtə olacaq.
Mən susaram, sözüm şimşəyə dönər,
Ahım fırtınalı küləyə dönər,
Ruhum uçar göyə ,mələyə dönər,
Səninsə günahın səni boğacaq.
Bir Tənha Buludam qəlbində nisgil,
Könül Haqdan ayrı şad olan deyil.
Sən ey yorğun canım, özünü yox bil,
Bu fani dünyada de kim qalacaq?
/Tənha Bulud/
©tenhabulud
T