Soyuqdur hava,
Şaxtadı qardı,
Yaşayış evi,
Qəfəsdı dardı.
Əlimdən yapış,
Atları minək,
Günəşə sarı,
Dörd nala gedək.
Külək sındırır,
Qapı bacanı,
Zülmət alıbdır,
Bütün hər yanı.
Əlimdən yapış,
Atları minək,
Günəşə sarı,
Dörd nala gedək.
Rəssam rəsmi de,
Qəfəs çəkməyə.
Hava qalmayıb,
Nəfəs çəkməyə.
Əlimdən yapış,
Atları minək,
Günəşə sarı,
Dörd nala gedək.
İnanma gülüm,
Gülen üzlərə,
Aşaq dağları,
Yenek düzlərə.
Əlimdən yapış,
Atları minək,
Günəşə sarı,
Dörd nala gedək.
22.12.2005 23:15:00
©ahmethani
A