Bu qaranlıq gecənin
Sabahın gözləyirəm
Günəşin işığını
Həsrətlə izləyirəm
Niyə günəş dogmayır
Hələ şəfəq saçmayır
Ayın parlaq rəngini
Günəşə oxşatmayın
Ayda gedir batmağa
Günəşi oyatmağa
Günəş çıxır şəfəqlə
Aləmə nur qatmağa
Qizmar günəşin üzü
İsidir yeri düzü
Oyananda yer torpaq
Sevinir onun özü
Gedir gün dayanmayır
Heç yolundan qalmayır
Keçdi gün ortasından
Sağında ay parlayır
Hərəsi öz yolunda
Fırlanır yer fırlanır oxunda
Vermədən heç fasilə
Təkrar edirlər belə.
©evez
E