M

🍃Güvən🍃

Tərk edib gedəcəm mən bu şəhəri,
Qovacam qəlbimdən qəmi, qəhəri,
Artıq istəmirəm ağı,zəhəri
Yaşamaq istəyən bir insan kimi
🍂...🍃...🍂
Qovuşar deyirlər eşqin yolları,
Fərqi yox ya sağı, ya da solları,
Sevinib açacam sənə qolları,
Vüsala yetişən bir insan kimi
🍂...🍃...🍂
Bu həsrət, bu kədər sona yetəcək,
Qəlbində yaralar bir gün itəcək,
QəmliAşiq deyir qəmlər bitəcək,
Allaha güvənən bir insan kimi
🍂QəmliAşiq🍂
©qemliaşiq