Güzgüyə düşərsə bir ləkə belə
Naqis göstərəcək sənə özünü
Ruha da düşərsə bir kölgə belə
Günahkar bürüyər onun gözünü
🍃...🥀...🍃
Çalış öz ruhunu təmizlə əvvəl
Tanırsan hamını belə dünyada
Kim öz güzgüsünü eyləsə gözəl
Tapacaq pakları çirkli dəryada
🍃...🥀...🍃
Sanma bu həqiqət yeni tapılmış
Neçə ariflərin yoludur bu yol
Rabil, belə yoldan niyə sapılmış?
Dönmə belə yoldan getsə də əl-qol
🍂QəmliAşiq🍂
©qemliaşiq
M