Yenə alt-üst olub düşüncələrim,
Ümidsiz xəyalla gəzirəm səni,
Hardasan, ay mənim könül həmdəmim?
Bir acı harayla gəzirəm səni.
Sinəmə vurduğun yara sağalmaz,
Mənim çəkdiyimə dağ da dayanmaz,
Sənin yoxluğuna qəlbim inanmaz,
Aləmi soraqla gəzirəm səni.
İzimi azmışam ömür yolunda,
Oyuncaq olmuşam tale oynunda,
Gündüzlər ömrümün dolaylarında,
Əlimdə çıraqla gəzirəm səni...
©amine571
A