A

Haqsız ədalət (Haksız adalet)

Ürəyim doludur və bağlı gözlərim,
Qulaq bəzən eşidər bəzən eşitməz.
Bir çox haqsızlığa yumur gözlərim,
Niyə ağız deyəni qulaq eşitməz?.
Susuruq biz hər cürə haqsızlığa,
Göz yumuruq göz önündə haramçılığa.
Haram alıb başını halalı aparır,
Şeytanlıq dünyanı axıra çıxarır.
Niyə susuruq biz axı doğrular varkən,
Bir çoxu halala haram qatarkən.
Allah əfv edər deyib günaha batarkən,
Fəqət o çıxmaza düşdü haramlanarkən.
Haramla işim olmaz fəqət məndə günahkaram,
Bunlara susuramsa deməli məndə lalam karam.
Sahibkar varlanarkən öz-özünə haram haram,
Dünyanın sonu gəlir bu amandır, aram-aram.
Kasıb uçmuş damına yamaq elətdirir.
Varlı öz villasına qızıldan dam tikdirir.
Sizdən soruşuram hanı ədalət?
Yoxdur bu işdə zərrə lətafət.
Əsl dostu düzgün seç olsun yoldaşın,
O sənə dayaqdır həmdə sirdaşın.
Səni arxadan vurar hətta qardaşın,
Dost sənə dünyadır sənə kainat.
İnan yazıq gündədir insanlıq halı,
Gözünü bürüməsin dünyanın malı.
Kimsənin o haqqı kimsədə qalmaz,
Kasıba əl tutmaqla dünya dağılmaz.
Ey bəniadəm, çalış mərd yaşa,
Susma haqsızlığa və haramçılığa.
Çalış öz namusunla dol həmişə yaşa,
Qarışma o yarımçıq papaqçılığa.
©acemişairr