_

Harə gedir?!

Verilən ömür müddətinin
dörddə üçü badə gedir
Həyatımıza girənlər də
Heç bilmirəm harə gedir.
✍️
Dünən vardı, bugün yoxdu,
Sabah vardı, sonra yoxdu.
Gəlib getdi, yox da oldu,
Sevgili yar harə gedir?!
✍️
Danışsam əgər keçmişdən,
Həm birlikdən, həmrəylikdən
Gəlib çatan ərgənlikdən,
Mehribanlıq harə gedir?!
✍️
Bir insan ki, danışa yalan,
Əməli yalan, işi yalan.
Nə gündəyik, Allah, aman!
Bu insanlıq harə gedir?!
✍️
Mən deyəcəm sözün düzün,
Açacağam işin üzün
Mərd namərdə çökür dizin,
Bəs bu mərdlik harə gedir?!
©__şahin__