_

Hara yazırlar

Görmüşəm ayrılıq yazan insanlar
Hansı ki tərk edən yara yazırlar
Çıxıb gedibdisə sevdiyi insan
Vərəqdən bir başqa hara yazırlar?
Azırlar yolunu xatirələrdə
Sayırlar çox vaxtı təsəlli kimi
Özünü nə üçün yorurlar belə
Sevsə yanındaydı nədir ki qəmi
Yazırlar puç olmuş xəyallarına
Həmişə yadına salırlar onu
Bilirəm unutmaq asan iş deyil
Ağlına gələcək hər gülüş sonu
Bir boşluq yaranar sanki içində
Sanarsan yaşaya bilməyəcəksən
Üzündə təbəssüm yaransa belə
Ürəkdən heç vaxtı gülməyəcəksən
Nə qədər desəmdə faydası yoxdur
Fikirində acıyla  qalasıdılar
Silməkdə alınmaz o duyğuları
Ömür tək ağlında qocalasıdılar
©_huseyn_