M

🍂..Hardan biləsən..🍂

Hardan bilsən ki, nə çəkir insanlar, ey varlı!
Günlərin ancaq keçir gah orada, gah burada..
Başını qatmısan bu dünyanın eyş-işrətinə
Bir zaman da başını qaldıra bilmirsən, aha
Deyəsən sorğu sual vaxtı yetişmiş, mərhaba
Qoy deyim hər sözümün sətrimin axrında sənə
"Etdiyin bunca yaxşılıqların üçün, mərhaba
Axı sən həp sorar idin nə qədər ki yaşadın
Kasıb insanların həm halını, həm əhvalını"
Söylə şimdi nərdə qalmış ol eyş-işrət dostların?!
"Nəbadə zənn edəsən onlar olublar vəfasız
Darıxma, burda da birgə olacaqsız, mərhaba
Ayıran olmayacaq sizləri oddan, mərhaba"
Təkcə arif olan insanlara aydın olacaq,
Dediyim, söylədiyim sözlərimin məğzi, məgər
Məxsusdu bil belə "iylik" eləmiş varlılara
Tağıyevtək oğula can fəda etsən yenə az..
Gəl dua eylə çox olsun belə Hacılarımız
Böylələriylə yaşasın həp Azərbaycanımız..
🍂QəmliAşiq🍂
©qemliasiq