R

Hardan yazım, hardan başlayım bilmirəm, hər gündüz-gecə düşündüyüm tək şey niyə…

Hardan yazım, hardan başlayım bilmirəm, hər gündüz-gecə düşündüyüm tək şey niyə bu qədər sevilmirəm? Hər kəsi xoşbəxt etməyə çalışan mən, hər kəsi güldürüb əyləndirməyə çalışan mən kimsəyə içimdə yaşadıqlarımı göstərməyən mən niyə xoşbəxt ola bilmir? Niyə az da olsa gülmək istərkən bir baxıram başım yastıqda səssizcə göz yaşlarımı ürəyimə ataraq balışımı isladıram. Niyə bir gün olsa belə sakitçilik mənimlə olmur ? Niyə əylənmək istərkən günüm qaranlıq olur? Niyə gəzib Tozan insanlar varkən mən otağıma girib çıxmıram? Bu sualları özümə verməkdən yoruldum, amma, məni yoranlar niyə yorulmadı? İstədiklərimi etməyə çalışmaq günahmı? Birinə dəyər verib ondan dolayı özünü günahkar hiss etməyə məcburammı mən? Niyə kimsəyə zərərim dəyməzkən niyə məni qırırlar, niyə qırılıram? Mənim də xoşbəxt olub gülüb əylənməyə haqqım yoxmu? İlk dəfədir belə yazıram, amma, bununla da özümü ifadə edə biləcəyəmmi bilmirəm, mutluluk nədir bilmirəm,mən. Hər kəs bu saatda yatarkən oyun və s. edib gülüb əylənərkən niyə mən başımı yastığa qoyub səsli şəkildə deyil içimdə ağlayıram ama yastığım yamyaş niyə ? Niyə beləyəm ki, mən ? Bu sualları özümə verməkdən yoruldum, ciddən cavabını tapa bilmirəm, heçnə edə bilmirəm, hər şeyi içimə atmaqdan başqa heçnə bilmirəm, mən, onların da bildiyi bu mən heç bir şey etməyən, işə yaramaz biriyəm, amma, ehtiyacları olanda övladı, bacısı, dostu, yaxını olan biriyəm, olmaz ki, hər dəfə sevilən, ehtiyac qarşılığı deyil də hər zaman....off nə qədər yazım ki, mən nə faydası toxunacaq mənə? Ətrafdaklarıma təsir edəcəkmi yazdıqlarım? Əşi boşuna düşünürsən, kəm xəyallar qurursan, bunlar mümkünmü səncə? Hə, bəlkə ola bilər deyil də olar demək istərdim mən..... Bezdimm. Üzülməkdən, dəyər görməməkdən, anlaşılmazlıqlardan, hər şeydən, hətta, özümdən də bezdim, mən çox bezdimm, ciddən bezdim.. 😞😓😔
©rahide22