_

Hardasan?

Sol yanımı alan qadın
Söylə görüm, de, hardasan?
Məni məndən edən qadın
Danış görüm nə gündəsən?
🤞
Bir zamanlar birgə idik,
Getməz idi ayrı zaman
Zaman gəldi, sənsə getdin
Xəbər eylə, de, hardasan?
🤞
Əllər özgə əllərdədi
Adın bütün dillərdədi
Ürəyinsə mənimlədi
Bəs de görüm sən hardasan?
🤞
Artıq keçib xeyli zaman,
Gəldi aylar, ötdü illər.
Bizdən dedi bütün dillər
Bizdən olan sən hardasan?
©__şahin__