T

Heyranam..

Heyranam bir gülə heyran ilə baxdıqca gözüm,
Tutuldu əl ayağım, bitdi həmin anda sözüm.
Verərəm qurban ilə bu canımı istərsə desin,
Gedərəm niyyəti xoş qapısına hər anda özüm.
Düzərəm bağçasına min cürə xoş ətirli gül,
Əl çəkməz o bağçadan saysız hesabsız bülbül.
Onu tay eyləyərəm göydəki ay ulduza mən,
İşıq saçdın ömrümə, mənimçün boy atan sünbül.
©sh.tural