Sənsizlik qəlbimə ağrı kimidi
Yanmış bir insanın bağrı kimidi
Gör necə qəlbimə çəkmisən dağı?!
Bundansa verərdin mənə bir ağı
Bilmirəm ki necə dayanmışam mən
Bilməzdim bu qədər vəfasızsan sən
İndisə tək meydir qəlbə təsəlli
Olmuşam can verən bədən məsəlli
Dərmanım olmaz bil daha o sevgi
Ödədim bu eşqə çox ağır vergi
Artıq əsər yoxdu sevgi bağından
Bir sevgi gözləmə nifrət dağından
Bizə də yazıbmış Tanrı həsrəti
Doldurub içirəm hicran şərbəti...
©QəmliAşiq~©M.R.
🍂#QəmliAşiq🍂
©qemliaşiq
M