Müəllif Ömür Yazar
Hiss etdim... 2020
Yamanca ağrayır Allah,
Ürəyim ətdəndir, daşdan bilirlər.
Sanki günah dəftəri borc dəftəridir,
Günah işlədirlər, sonra silirlər.
Hiss etdim...
İnsanlar çox qəddarlaşıb,
Ona görədir ki, uzaq gəzirəm.
Bucür bir həyatda, bucür zamanda,
Nəfəs almaqdan da artıq bezirəm.
Hiss etdim...
Uçqundur daşım, divarım,
Uçurdub evimi yıxıb getdilər.
Bunu bağışladın yenə bağışla,
Deyə-yeyə qəlbimi viran etdilər.
Hiss etdim!!!
Ruhum daha səssizləşib,
Nə dinmir, nə də danışmır lal olubdur.
Sözü keçmir nəfəsinə, gəl get edir,
Tutlubdur gözləri kor, qulağıda kar olubdur.
Hiss etdim...
Yox olmuşam daha inan,
Var içində yox olmuşam, yorulmuşam.
Nə taqətim qalmayıbdır, nə də deməyə hacətim.
Sakitliyin cənginə keç,
Tənhalıqdır şücaətim!
©ömüryazar
Ö