L

Hisslər

Bilirsən nə qarışıqdı hislərim?
Əsəbləşdim, acıqlandım, neçə insanı pislədim?
O ki, sən getdin, görə bilmədim bir daha,
Ayağımı basmadım bir də mən ibadətgaha.
Siqaret çəkdim, tüstüsü unutdurur xatirəni,
Məndən yaxşımıydı o? Deyildi, eləmi?
Etdiyim fədəkarlıqlar olsunhalal xoşun,
Bir sualım var, bəs o səninçün nələr elədi?
Çox sualım var, verəcəm bircə-bircə,
O vaxtı qalmışdıq tək, yalnız sənlə bir mən.
İstədim onda deyim, səni mən çox sevirəm,
Sevgi ucbatından da nələr çəkdim indi bilsən.
Bu yolmu çıxıntılı, ya mənəm burda topal?
Olardıq bir yataqda, əlimdə isti kofe, ev və isti otaq.
Bilirsən bunlar hamsı, unudulub xəyallar,
İndiysə tək çarəm var mənim, ya göylər ya da torpaq.
Anlasaydın vaxtında, bəlkə olardı davam,
Elə bilirsən ki, mən axmağam, ya da ki avam?
Bilirsən fərq eləmir, necə istəyirsənsə düşün,
Sevinirəm olmadım sənin kimi, mən oldum adam.
Əlinə ilk toxunuş, saçını tumarlamaq,
Hər yada salanda mən, bunla canım yanar.
İstəyirəm gedim burdan, çox da uzaqlara,
Qışqırım "Bəsdi!!", səsim çatsın buludlara.
Yaddaşım itirməyib, qalıb bütün olanlar,
Düşünürdüm ki, o vaxt, bitər bu yaxşı sonla.
Bilməyirdim ki, belə olacaq hər şey,
Mənə problem yaradacaq bir sən, bir o şərəfsiz oğlan.
©lucifer25x