M

#HƏQİQƏTALƏMİ

Baxarsa hər kim aləmə həqiqət adlı cam ilə
Görər Xudadi hər tərəf ol ali bir məqam ilə
Olarsa hər kimin əgər işində bir müəmması
Yəqin çözər o müşküli səbr, dözüm, inam ilə
Şükür də eyləmir, Xuda, bəşər Sənə bir an belə
Çox eyləyir günahi Sən bol eyləyən təam ilə
Kim eyləyərsə yaxşılıq həqiqətən Xuda üçün,
Verər Xuda da müjdəsin behiştdə bil səlam ilə
Çatıbsa, Merac, hər kim ali rütbəyə bil, agah ol
Gərəkdi xoşca davrana fəqir, kasıb, əvam ilə
#MERAC
©merac