Dənizin ortasında yelkənsiz bir qayığam
külək əsir çırpır ləpələr məni
günəş batır ayda çıxır oyağam
tanrım deyir yatki oyadım səni
inanmıram bunnan sonra düzələ
elə çönməyibki çarxı fələyin
könül verdim yenədə bir gözələ
yalnızca üz üzə olur mələyim
bir gün üzüm gülür yatana qədər
bir gün sabah olur günüm qaralır
amandır zamanım ötməsin hədər
asta-asta ömrümüzdə daralır
adımla bağlıdır inan gücümə
muradına çatmaqdır ilimdə mənim
meşənin padşahı adı,bürcümə
tək bircə sevilmək olubdur qənim
©terlan_can
T