🥀Vüqar Biləcəriyə ithaf olunur. Allah rəhmət eləsin, ölməz şairi!🥀
____________________________________
Səni sevən hər kəs sözün aşiqiydi
Həqiqət yolu, düzün aşiqiydi...
Səni sevənin qəm dolubdu bağrına,
Həm gözünə, həm dolubdu bağrına
Həsrət ilə nəm dolubdu bağrına,
O gözlər ki, bir gözün aşiqiydi
Əhli-beyt aşiqi olmusan sən,
O kəslərin qəmiylə dolmusan sən
Gör necə bir yola qoşulmusan sən
Göy-əhli də ol izin aşiqiydi...
Sonuncu çalınan suru gözləyirdi,
Son Höccəti, son nuru gözləyirdı
Haqq olanı, zühuru gözləyirdi
Qeybə düşən arizin aşiqiydi..
Ölməz o kəs ki, sözə dönmüş olsun
Həqiqətə, həm düzə dönmüş olsun
Eşq ilə sönməz közə dönmüş olsun
Vüqar sönməyən közün aşiqiydi..
Sevən necə söylə ötürsün səni
O qarə torpaqlara versin səni
Rabilin arzusuydu görsün səni
Çöhrəsi nurlu üzün aşiqiydi..
Səni sevən hər kəs sözün aşiqiydi
Həqiqət yolu, düzün aşiqiydi...
🍃MERAC🍃
©merac
M