Gəldin ömrümə gözəl yaz səhəri,
Dünyam aydınlandı nuruna sanki.
İsitdin buz kimi soyuq qəlbimi,
Qoruyurdun məni bir mələk kimi...
Hər axşam başıma sığal çəkərdin,
Öpüb yanaqlardan, məni sevərdin...
Hər anım səninlə necə gözəlmiş?...
Aldığım nəfəsdə tək səndənmiş,
Bu ürək, bu bədən, bu ruhda hətta,
Sənsən hamısı, həyatım-bu dünya!
Gedişin dünyamda tufan yaratdı,
Həsrətdən ürəyim alışdı,yandı,
Hər gecə gözümdən yağan yağışlar,
Hər kəsə güləyən yalan simalar,
Zülmətdə boğulan qaranlıq otaq,
Buz kimi sopsoyuq, iynəli yataq,
Ölü gəzdirən solmuş bir bədən,
Yaddaşa yazılıb soyuq xatirən...
Gedəndə baxdınmı,heç bir geriyə?
Dedinmi,"dünyasız" yaşaram necə?!
Üzümdə gülüşüm sənmişsən demə,
Gedəndən yanağlar batıbdır qəmə...
Evimdə ocağım sönüb küldür, kül,
Sənsiz solub ağaclar, əkdiyin gül!
Heç nəyin sevgisi qalmayıb artıq,
Dağıtdı hər şeyi-bizi ayrılıq...
Mənə səndən qalan bircə o oldu,
Həsrətdən hər şeyim yovaşca soldu...
( (F.Musavi~§ůķųţ)
©riyaziyyat
R