H

Hüseyn eşqi

Eşqimi axtardım dünya bağında
Ərafat, Sina, həm Tur dağında
Ömrümün ən şirin, gözəl çağında
Kərbəla çölündə durdum gözlədim
“Gözəllikdən başqa heç nə görmədim”
Dağlarda qar olar, yaşıllıq olar
Baxarsan, doymazsan xoşhallıq olar
Səhrada da heç gözəllik olar?
Səhranı bir “Cənnət bağı” eylədin
“Gözəllikdən başqa heç nə görmədim”
İslam ki, bir bağdır cənnət badında
Ölümsüz həyat var şəhid dadında
Cənnətin seyyidi Hüseyn adında
Hüseyn eşqindən geri dönmədim
“Gözəllikdən başqa heç nə görmədim”
Hüseyn, canımı fəda eylərəm
Sənə yaraşmaram, həya eylərəm
Qəbulsuz qurbanam, cəfa eylərəm
Sənintək bir “qurban” olmaq istərəm
Sən elə “qurbansan” heç vaxt ölmədin
“Gözəllikdən başqa heç nə görmədim”
©hüseyni.