Qismətə qoşular, hökmüdar olar,
Qara bulud kimi boşalıb dolar.
Zalımdı, yetənə damğasın vurar -
Həyatdan söz açma, həyat belədir.
Büdrədib çoxunu çuxura salar,
Qara tellərini dən-dən ağardar.
İnsanı talayıb sürüyər, yıxar -
Həyatdan söz açma, həyat belədir.
Nə sevgiyə baxar, nə insaf edər,
Günbəgün ömürü içindən yeyər.
Bilməzsən hayandan haraya gedər -
Həyatdan söz açma, həyat belədir.
Qəfildən bir anda bozardar üzün,
Bəxş etməz hamıya əllisin, yüzün.
Bacar tövsiyə et, bu olsun sözün,
Həyatdan söz açma, həyat belədir.
Seymuru çoxdandır sınayır hələ,
Bir az bənzəri var, yağışa-selə.
Qadanı mən alım, gəl bilə-bilə,
Həyatdan söz açma, həyat
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
©seymur_s.p
S