İllər öz kölgəsin çəkir üstümə,
Qocalıq əlimdən tutmaq istəyir.
Gəncliyimin mənə nədir,qəsdi nə,
Belə tez qoynundan atmaq istəyir.
Ruhsuzam,cansızam,quru bir bədən,
Əlimdən alacaq daha nəyin var?
Ey həyat söylə sən,söylə ki,nədən,
Hər kəsə gen dünya,neyçün mənə dar.
Nə zaman bitəcək,bu çilə,bu dərd,
Taleyim kədərdən hey boylu qalır.
Bircə kəz sevinci gətir dünyaya,
Qismətim ölümün yolunu alır.
Qəmər Məmmədli
Q