R

Həyatın gedişi

Hələ cavanam azdı yaşım deyirlər,
Mənim günümdə olsalar, neyniyərlər?
15 yaşım var çəkmədiyim dərd yoxdu,
Qəlbim qırıqdı,Həyatım boşdu.
                  ☆☆☆
Həyat mənə tez göstərdi tərs üzünü
7 yaşım olanda aldı məndən
Atamı, həmdə yaşamımı.
Onsuz davam etdi günlər və xatirələr.
                  ☆☆☆
İşlərim düz getmirdi,Atam olmadan.
İnsanlar vururdu mənə durmadan.
Heç kimin önündə əyilmirdim mən,
Çünki qürurluyam,bunu bilirəm.
                  ☆☆☆
Atamın son sözü bu olmuşdu mənə
Çalış heç kimin önündə əyilmə.
Belini büksələrdə, çalış bükülmə
Həyatını xoş yaşa yoluna davam elə.
                  ☆☆☆
Anamla,bacımdı mənə qalan
Çalışıram onların başını aşağı salmayam
Həm ağlatmayam,həm sızlatmayam,
Onlardı məni həyata bağlayan.
                  ☆☆☆
İndi hər şey yolundadı,işlərim düzgün,
Xoş günlər qabaqdadı,gülümsəyirəm.
Anamla,bacımla çox xoşbəxtəm
Allah bizi ayırmasın istəyirəm.
                  ☆☆☆
Gün gələcək,Anamda gedəcək
Bu dünyadan,bu diyardan.
Bu dünyada tək qalacam,
Bu dünyanı başıma dar tutacam.
                  ☆☆☆
Zaman sürətlidir,Həyatım qəliz,
Mənim həyatımı anlamaq çox çətin.
Gün gələr həyatım yoluna girər,
Zaman həyatıma birin gətirər.
                  ☆☆☆
Gün gələcək mende evlənəcəm,
Atamın mənə etdiyini mən etməyəcəm.
Övladım tək qoymayacam,onla qalacam
Həyatımı ailəmlə yaşayacam.
                  ☆☆☆
Ümid edirəm,başa düşdüz məni,
Puç olmuş Ümidlərimi.
Mənim həyatımla dastan yazarsan,
Həm ağlayarsan, həm dolarsan.
Gün gələr  dediklərimi sən anlayarsan.
                  
©rustem16