T

Həyatlarımız

Sənin həyatındı bahalı daş qaş qızıl külçələr
Mənimsə evimdi şaxta tutan qarlı küçələr
O əğyar sənin varlı ərindi deyirlər
Mənimsə sevgilimdi mahnılar və şeirlər
Sənin həmdəmin sevincli ailə birdə qayğılar
Mənim ən gözəl dostum olub məni yalnız buraxmayan ağrılar
Sənin isdi yuvan bir evin vardı
Mənimsə yorğanım ağ örpəydı qardı
Sənin axşam bahalı süfrən şəmdən ibarət
Mənimsə axşam yeməyim sadəcə qəmdən ibarət
Sənin bəzəkdəndi hənalarında
Mənimsə qan yağır səmalarımdan
Sənin bu həyatda qəlbin öyünür
Mənimsə bu qədər dərd içində ürəyim şiddətlə döyünür
Sən xoşbəxtsən mənsə tam əksi
Inanki bu dünyadan ağırdı mənim balaca ürəyimin çəkisi
Sən sevirsən sənin ailən ərin yanında
Mənsə babbalaca bir ölkəyəm böyük ölkələrin yanında
©şairveşeir