İçimdə bir dəli var çıxaracam bayıra
Harda düşmən əli var çıxaracam bayıra
Mübarizçün, Fəridçün neçə igidlərimçün
Generalım, mayorum neçə şəhidlərimçün
Sizin qisasınızçün çıxaracam bayıra
İçimdə bir dəli var bəslənir qəzəbimlə
İçimdə bir dəli var çıxacaq tələbimlə
Bağrı yanan atayçün, qan ağlayan anayçün
Oğlum deyib bağrına köz bağlayan anayçün
Oğlum deyib dünyaya göz bağlayan anayçün
Bir-bir qisas almağa çıxaracam bayıra
Təsəlli ata şəkli olan uşaqlar üçün
Gözü ata deyəndə dolan uşaqlar üçün
Bu kədərlə tökülən hər damla göz yaşıyçün
Yurdumun viran qalan qan süzülən daşıyçün
İçimdə olan dəli çıxacaq min səbəblə
İllərlə bəslədiyim acımaz bir qəzəblə
🇦🇿#MERAC🇹🇷
©merac
M