D

İçrə

Yoxdur ondan gözəli bu cahan içrə.
Qoyub intizarı məni zülfi-pərişan içrə.
O zərif qəmzəsi,müjganı məni məst elədi,
Mən qərib bir aşiqəm,o qarə müjgan içrə.
Leyli salıb bəxti qarə Məcnunu çöllərə,
Qaragün qalıbdı səhrada pərişan içrə.
Yarın bir gözü əğyardadı,əğyarı seçir
Aşiq qaragün dözə bilməyir hicran içrə.
Sən o sən ol əğyarə inanma Əliyar,
Ən qəddar düşmandı o düşman içrə.
©azeri_şair