D

İki aşiqin söhbəti

Dedim:Adını şeirdə deyil qəlbimdə hekk edim
Dedi:Zaman dursun sözümü sənə o anda deyim.
Dedim:Güllər ola sənin gözəl tellərinə sərim
Dedi:Çəmənlikləri gəzib ən gözəl gülü dərim.
Dedim:Atəş olum yanım dünyada əbədi qalım
Dedi:Sən olmasan yarım bu dünyada nədən qalım.
Dedim:O qədər gözəlsən nə tərif düzsəm az olar
Dedi:Səni düşündükcə qəlbimə hey sevgi dolar.
Dedim:Hər insan yaşamaz bu dünyada səadəti
Dedi:Gəl birlikdə yaşayaq anlayaq məhəbbəti.
Dedim:Mənim gözəllər içindəki gözəl cananım
Dedi:Ayrı düşmə məndən yanmasın hicranla canım.
Dedim:Mənə doğulanda dedilər Dəryadı adın
Dedi:Əvvəl mənim ruhuma söyləndi sənin adın.
©darya_isaq