N

İlahi eşqim 😍

İlahi, eşqindən məhrum eyləmə,
Mən kimi çakəri, fəqir bəndəni.
Dünyada ucalıq görsə də gözüm,
Hər şeydən ucada bilmişəm səni.
Günahım dəvənin yükü qədərdi,
Bilirəm hifs edib, bağışlayansan,
Yolunu dəyişib haqqa dönəni
Bu haqlı yolunda alqışlayansan.
Ucasan, ucadan ən qüdrətlisən,
Mərhəmət sahibi uca Allahım.
Səndən var-dövləti pulu unmuram,
Düz yola dönməkdir yeganə ahım.
Nəfsimin qulu yox, sənin qulunam,
Məhrəmlə, naməhrəm qatmaram qəti.
Naməhrəm işləri uzaq eyləyib,
Nəfsi batillərə qatmaram qəti.
Səhv yolda şeytanlar ağalıq edər,
Sürüyər insanı cəhənnəm üçün.
Doğru yollardasa imanlar olar,
Cənnətə aparar insanı bütün.
Əqidə qurulsa iman sözüylə,
Kədərdən, bəladan uzaq olaram.
Allahın eşqinə daha da yaxın,
Ömürlük o yerdə qonaq olaram.
Əli məhəbbəti qəlbimə taxdın
Qurubdur, səbəbi odur vilayət.
Ariflər bu yola təzim eyləyib,
Bu yolla eylədi doğru hidayət.

©nzrinaslan