H

İlahiyyatçı alim hacı Şahinin əziz ruhuna

İlahi vəsf edim hacını bir dəm
Əxlaqı, imanı mat qoyub bizi.
Bu yükü mən necə ərz edim Allah?
Həsrətin ağrısı məhv edib bizi.
Yazmaq istəsəmdə bir boşluqdayam
Bu kəlmə duyğumu izhar edərmi?
Sanmıram nəyisə anlada biləm
Biz səndə tapmışıq İslami izi
Hacı, yoxluğunu necə dolduraq?
Sınmış belimizi necə qaldıraq?
Sənsiz eşq atəşin necə yandıraq?
Eşqinin atəşi söndürüb bizi
Hüseyni söyləyək bütün cahana
Hacı Şahin kimi övliya köçüb.
Möminlər yasdadır, cənnət sevincdə
Gedişin dizüstə qoydu çox dizi.
©
©hüseyni.