Ü

ilk məhəbbət

Bu sevginin adı sənsən
Nəşəsi sən ,Odu sənsən
Gözlərimin Nuru sənsən
Necə dözüm sənsiz Gülüm?
Gizli-aşkar yaşadığım
Həsrətiylə qocaldığım
Göz axtarıb ,Nur olduğum
Həyatımın özü sənsən
Şerlərlə bəzədiyim
Xəyal qurub sevindiyim
İlk axtarıb,ilk gəzdiyim
İlk məhəbbət sözü sənsən
Gecə-gündüz səni andım
Gül çöhrənə həsrət qaldım
Xəyal idin,Xəyal qaldın
Doğulmadan ölənimsən
Mənim ilk məhəbbətimsən
Müəllif:Üfüq.
©üfüq