B

insan

Aşiq görüb öz yarını xəlbət yuxusunda
Gördi belə bir səhnə məhəbbət yuxusunda
Yatdun neçe illər boyu qəflət yuxusunda
Bəsdir daha nolar oyan insan oyan insan.
İnsan gərək hər qəmni oruc tutsun unutsun
Yoxdu elə həmdəm ki yanan qəlbi soyutsun
Əlbətdə qiyamət gələcək dəhri dağıtsun
ALLAHa sığınmırsa yolunnan azan insan.
Peyğəmbər ilə seçdi böyük üstüni ALLAH
QURANda bizə göstərib hər düzgini ALLAH
ALLAHı danan insana məhşər güni ALLAH
Əmr eyliyəcək nari cəhənnəmdə yan insan.
İnsan oyan artıq niyə qəflətdə yatırsan?!
ALLAHa yaxınlaşsan əgər hakkə çatırsan
Məsum yaranırsan sora çirkabə batırsan
Gül bağna əkirsən əməlünlə tikan insan
İnsanlıqın əxlaqda ədalətdə bilinəcək
Hətta əl açıqlıqda səxavətdə bilinəcək
Hər kim əsil insandı qiyamətdə bilinəcək
Məşərdə bölərlər buya heyvan buya insan.
Torpaq neçə insanı edib görgünən itbat
Cəhd eylə əməllərivə yaxın düşmiyə ifrat
Dünyadan alıb Süleymanı eylədi isbat
Bir gün dadacaqdır ölümi hökmüran insan.
©behruz_010