O

🥀İnsan oğlu🥀

Kiminin gülüşü dərdi qədərdir
Kiminin göz yaşı qədər sevinci vardır
tamda bu qədər qarmaşıxdır yaşamax
Kiminin ağır gəlir dərdi dayanammaz
Kiminin üzü dərd görməmiş durammaz
Kimi dərd çəkir zən edər
Kiminin daş olmuş yarası qanamaz
Kiminin yoxtur qaldıracax kimisi
Kimidə arsız bəyənməz qaldıran kişiyi
Kimi göz ardı edər görməz xoşbəxtliyini
Kimidə təsəlli bilər xoşbəxtliyini
Kimi tapammaz doğru yolu
Kiminin başlanğıcı pis ama xeyirdir sonu
Kiminin arzuladığı xəyalları vardır
Kiminin həyatı dörd mövsüm qardır
Kimi xoşbəxt doğar xoşbəxt ölər
Kiminin doğduğu gündən ruhu qaradır
Hər kəs fərqli yaşar həyatını
Kimi naifdir sevinc saçar
Kimidə xaindir sərt baxış atar
Kimi zülümkeşdir öz arzusuna özü çatar
Kimidə hazırkeşdir halala haramı qatar
Ama hamısının içində bir insanlıx yatar
©orkhanizm