Ç

İnsanın özü deyilmi?

Nə dünya pozulub nə də zəmanə,
Pozulan insanın özü deyilmi,
Deməyin keçsəydi dünya əlimə,
Fırıldaq insanın özü deyilmi?
Zəhmətlə çörəyin qazanmayanın,
Cinsiyyət dəyişib yoldan azanın,
Qadının kişi, kişinin qadın,
Pozulan insanın özü deyilmi?
Namuslu birinə sözdə atanın,
Çıxınca üzə bir-bir dananın,
Qurandan don geyinib yalan danışanın,
Zinakar insanın özü deyilmi?
Yetimin haqqını bölüb yeyənin,
Şər atıb böhtan atıb sonra gülənin,
Yalançı şahidlik edən birinin,
Qəddar insanın özü deyilmi?
Ata-anasına əldə qaldıran,
Üzünə ağ olub sözdə qaldıran,
Böyük danışanda döyüb susduran,
Zalım insanın özü deyilmi?
Oğulu istəyib qız istəməyən,
Qızıda istəyib oğul istəməyən,
Evladlar içində seçkilik edən,
Qəlb qıran insanın özü deyilmi?
Öldürüb doğrayıb sonra yandıran,
Cinayət törədib pulla susduran,
Bir qətli görsədə lal olub susan,
Şeytan insanın özü deyilmi?
Çılpaqlıq dəbdədir deyib soyunan,
Geyim keçimini evdə unudan,
Diliylə qəlb qırıb ürək sındıran,
Günahkar insanın özü deyilmi?
Namusu qeyrəti pula dəyişən,
Əxlaqsız hərəkətlə günah eyləyən,
Sanki, ölümsüz tək dünyada gəzən,
Abırsız insanın özü deyilmi?
Allahı-Rəsulu tanımam deyən,
Özündən yeni din icat eyləyən,
İslamı məsxərəyə qoyub da gülən,
Vicdansız insanın özü deyilmi?
Tahirə yazdıqca ağlayır gözün,
Kədərlər içində yanır ürəyin,
Kim doğru deyər ki, düzdü şeirin,
Paxıllıq insanın özü deyilmi?
©Çingiz