Uzaqlarda olma axtarmam inan
Üzünü görməsəm sözündə duran
Yağışın səsi tək donub qalmasam
Bilirsənmi ağlar bu könül pünhan
Səssizlik doludur beyin içində
Çox gözəl göründün güllər içində
Anlamsız,istəmsiz baxışlarınla,
Göz yaşı gözümdə ağlar içimdə
Bir boşluq önümdə silinməz yara
Deməzdin sən mənə gedirdin hara
Əllərim bağlı tək sanki zindanda
Səni bir an görməsəm olardım qara
Yalvarma bu sözlər işləməz bizə
Güvənmə özünə gəlməz göz-gözə
Tikanlı gülümün ləçəyi olsan
Qopmayan ləçəyə dəyməz iz-izə
Qocalmış əllərim qırış doludur
İtirdiyim gözlər sənin sonundur
Qayıtma maziyə özünü yorma
Könlünü almağa dilim yorulur
Sis bürür içimi sənsiz qalınca
Yollar yenə gələr sakit dalımca
Arxama almağa qorxmuram dayan
Sadəcə qorxuram getsən dalınca
Kədərin körpüsü bizlərə qismət
Uşaq kimi gülüş ömrünə həsrət
Oyanma burada deyiləm inan
Ağlama gözəlim deyər nəsihət
İki yolun sonu bağlı qapıdır
Beynimə girmiş dərd yarasıdır
Səndə ki olursan yalnız bir çiçək
Qoxunu bilməz, gəl şərab içək
Dediyimdən utan səfini anla
Düz dediyim sözü özünkü sanma
Yanlış bildiyini doğru sayarsan,
Məğrur insan kimi önümdə durma
©aliçoruh
A