Dünyaya gələndə vardı səbəbi?
Yaşaya bilmədi məqsəd gətirdi.
Düşünür nə etsəm daha gərəkli.
Seçdiyim məni də etsin önəmli.
Məni tanısın yerin hər kəsi.
Ad sanım olsun da dillər əzbəri.
Bilsinlər necə də güclü biriyəm.
Görsünlər onlardan üstün biriyəm.
Yaxşılıq istəyi belə başladı.
Bu fikiri quranın fərqlənmək adı.
Fikir öz-özlüyündən yollar yaradır.
Qarşıya qoyulmuş məqsədə çatır!
Yaşayan özümü fikir yaratdı?
Yaradan bizlərə onu buraxdı?
Görəsən bu fikir necə başladı?
Bəlkə də bu fikri mən yaratdı?
Bəs mən özüsə necə yarandı?
Bəlkə də ayırmaq bunu başlatdı?
Ayırmaq nədənsə bizə doğmadı.
Bir olan yəqin ki,gərək olmadı.
Onun verdikləri bizə yetmədi.
Yenisin yaratmaq istəyi gəldi.
Deyəsən doğrunu ondan almadı.
Ayrılan anında fikir başladı.
Fikirdən biri var bu fikir deyil.
Onunsa qiyməti özündə deyil.
Onu önə atan düşünən deyil.
Onu var edənin özü hiss deyil?
Bu fikrin sualı anlaqsızlığdan.
O fikrin sualı elə anlamdan.
Bu fikirin etdiyi bilik,seçimidir.
O fikrin verdiyi dəqiq elmdir.
İnsanlar hansını seçib görən?
Seçəndə düz hansı biliblər görən?
Doğrusu olub da bunu seçiblər?
Bəlkə də anlaqsız yola giriblər?
O fikrə tapşırıq nə üçün verilir?
Verilən tapşırıq nəyə (kimə) gərəkdir?
Bəs necə qiyməti verir görəsən?
Bəs necə həll yolu tapır bilirsən?
Özümü neyləyim,nə edim deyir?
Özümü yollardan birini seçir?
Yoxsa verilənlər doğru verilir?
Verməsə yaşayan nə edər bilir?
Ondandır o fikir hissdən ayrılmır.
Ondan kənarda da cavab axtarmır.
Bəlkə də ayrıca fikir yaranmır.
Yaşayan özü bunu yaratmır?
Yaşayan bizlərə göründü aciz.
Ondandır yerinə cavab ararız.
Yaşayan bu fikrin əsiri olub.
Bu fikir bizləri sevgisiz qoyub.
Sevgini alanın özü yerində.
Sevginin özüsə məqsəd əlində.
Məqsədin özüsə mənin özündə.
Sevgiyə hökm edən artıq zülümdə.
Onu ötürmədən almaq olmayır.
Onu yaşamadan vermək olmayır.
Onsuz dünyanın özü olmayır.
Zalımsa dünyadır,belə baxmayır?
Hər şeyin yaxşısın tələb edən var.
Yaxşının dəyərin deyin bilən var?
Yaxşının dəyəri elə yaxşıda.
Yaxşını yaxşısa buraxmaz əsla.
Yaxşı nədir görən anlayırıq biz?
Doğrular olanda sevinirik biz.
Doğrunu bizlərə kim verər görən?
Doğrular hardandır bunu var bilən?
Doğrunu verməsək kimə vermərik?
Bəlkə sevməyən birinə verdik?
Sevməyən necədir hardan bilirik?
Sevginin özü var ondan bilirik.
Sevməyən birinə düzü vermirik.
Ondan yalnışlar gəlir onu bilirik.
Yalnışı verəndən əzab çəkirik.
Nədən yalnış verir onu bilirik?
Bəlkə də bizdən düzü almayıb?
Səhvlər niyə verilir onu anlayıb.
Anlayır doğrular sevəndən gəlir.
Yalnışlar onu da alçaldıb əzir.
Bizi də yalnışlar alçaldıb əzib.
Ondandır cavabı eynən verilib.
Sevməyən sevilmir de bunu bilib?
Nədəndir sevgidən imtina edib?
Doğrular bizlərə maraqlı deyil?
Nədəndir həmişə sual verilir?
Bəlkə də doğrunu görmək istəyir?
Eşidən qiyməti gör necə verir?
Eşidən dinləyir necə deyəni?
Ondakı biliklər vermir qiyməti.
Deyək ki,biliyi yox dinləyənin.
Bax səsi çıxırmı heç hökm edənin?
Qulaq asan indi elə biliklər.
Eşidən sözləri özü ələklər.
Birini yaxşıya,birini pisə.
Ələkdən keçəni məqsəd bəlirləyər.
Mənləşmək yaranıbdır zamanla.
Doğulanda bəlkə gəlib marağla?
Doğulanın pak olduğun anlayır.
Anlayırmı sonra necə yanılır?
Keçdiyini ölçür yığır beyinə.
Keçdiklərin hamsı yığıb beyinə?
Anlayırmı niyə hamsı yox onda?
Yalnız kiçik epizodlar var onda.
Bəs qalanlar niyə yoxdur bəs onda?
Xatırlayır yalnız toplanmış üsulda.
Toplanana necə qiymət verilir?
Yığan anda götür qoyu nə edir?
Yaşananlar necə yadda qalmayar?
Yazılanı yalnız elə hiss yazar.
Hiss keçirib yazıb onu yaddaşa.
Yaşayansa yaşadığın düşməz başa?
Soruşulur niyə cavab tapmırsan?
Cavabları aydın görsən arasan?
Bəs cavabı nədi bizə gətirən?
Cavabı sözdən kənardır verən!
Sözdən kənar belə cavab var bilir?
Varsa görən o nəyə deyilir?
Sözdən kənar artıq nədir bilinmir.
Sözdən kənar bəlkə hissə deyilir?
İndi cavab yalnız sözlərdən gəlir.
İnsanlarsa nədən bunu görməyir?
Hər etdiyim sevgidəndir deyilir.
Axı cavabı biliklər gətirir.
Bilik görən sevgi nədir anlayır?
Düşünərək onu necə yaradır?
Axı sevgi dürüstlükdən var olur.
Bəs mənin dürüstlüyü heç olur?
Dürüst olan necə deyər mən varam?
Yaşayan an görən orda mən varam?
Bəlkə elə hissin özündən varam?
Dürüstlük qoymur ondan ayrılam.
Dürüstlüyə mən özü necə çatar?
Məni yalnız elə yalan yaradar.
Yalan varsa dürüstlüyə heç çatar?
Düzü verən məni qurub yaradar?
Deyin bilik kimə xidmət eləyir?
Ondan başqa biliyi kim neyləyir?
Kimə gərək bağlılığın sözləri?
Sevən onu çəkər görən irəli?
Sevəninsə söz nəyinə gərəkdir?
Onu alıb kimə versə qəzəbdir.
Sözləri yığır elə ayıran.
Ayırandı zövqü sözlərdən alan.
Bağlanaraq özün fərqli yaradıb.
Ayıranda görən sevgi yaranıb?
Olub kimsə hiss edəndən fərqlənib.
Bunu edib özü üçün əylənib.
Hər hərəkət hissə zərbə yetirir.
Ona gələn cavablarda gecikmir.
Zövqü alır yalnız fikir edəndə.
Zülmü çəkir bitməyibdir hələ də.
İstəyinin qurbanına dönüşüb.
Seçdiyi yol zülmət yaşama dönüb.
Zülmətdə yalnız seçim edilər.
Aydın olsa seçimə yer görünər?
Sözləri biz eşidərək topladıq.
O,sözlər nəyə deyilir anladıq?
Dedilər ki,bu anadır bu ata.
Həm özünü,həm sözünü alana.
Oldu aydın bu söz nəyə deyilir.
Baxıb ona başqa sözmü deyilir?
Hər gün yeni sözləri də eşitdi.
Ona sözlər hamsı belə verildi?
Sonra yeni sözləri də eşitdi.
Sözü bildi özün görə bilmədi.
Bunu alan kimi fikir törətdi.
Bu sözlərsə həmşə bizi incitdi.
Sözü verən xəbərdardımı bundan?
Alan özü yalnız olur kor bundan.
Sözləri var,özü nədir bilməyir.
Verdiyi boş sözlər onu əzdirir.
Sözü verən özün sevən göstərir.
O,yazığa sözlər əzab çəkdirir.
Yetişdirdi aciz nəsil sevindi.
O,yazıqsa heç sevinə bilmədi.
Etdikləri o,sözlərdən törənir.
Düşündüyü sözlər əməl gətirir.
Verən ona güya verib açarlar.
Bu açarlar cavabları heç açar?
Kim verməyib bizə boş sözləri?
Bunu görsə qaçmaz ondan heç qəti.
Üz çevirsə demək onda yox sevgi.
Düzlər varsa demək onda var sevgi.
Bəs azadlıq yoxsa necə,var sevgi?
Azadlığı boş sözlərmi gətirdi?
Bağlılıqdan necə olsun o azad?
Bağlanansa bağlılıqdan olub şad.
Bağlanaraq olub fərqi birisi.
Olub həmşə ayırılmağın hərlisi.
Fərqlənməyi harda görsə yüyürür.
Fərqlənmədən həyat zindan görünür.
Müqayisə edir özün rəqiblə.
Rəqiblərdən fərqlənməksə hədəfdə.
Hədəfləri yaradıbdır çəkişmə!
Çəkişmənin sonunda güclüyə dönüşmə.
Niyə belə hədəf gəlib beyinə?
Nədən qulaq asır görən fikirə?
Bu fikiri niyə yarım buraxmır?
İşi yarım acizliyi saxlamır.
Əzilənin özü hədəf yaradar.
Əzilməyən aliliyi heç qurar?
Fikirləri zəyif obraz yaradar.
Yaşamda zəriflik görən var?
Əzilən nə,əzilməyən görən nə?
Əzilənsə çata bilər bu sualın həllinə?
Görək bizə əzilməyi verir nə?
Əziləni çözsə bəlkə düzələ?
Edir nəsə çarə tapa bilməyir.
Deyir nəsə çarə verə bilməyir.
Etdiyinin nə olduğun o,bilir?
Bilirsə bəs niyə doğru gəlməyir?
Görən bilir yalnış bizi əzdirib?
Bunu dəqiq görüb doğru gəlməyib?
Bəlkə ona dəqiqlik heç gəlməyib?
Dəqiqliyi olan görən əzilib?
Suallarsa bizə verir cavabı?
Verirsə bəs necə tapır cavabı?
Düzgün sual versə görməz yalanı?
Yalan susdurmuş,düz sualı quranı!
Yalan nədən qarşı çıxır doğruya?
Anlayır ki,doğru əzib salır onu pis hala.
Başqa necə qarşı çıxar doğruya?
Güclü olan razı olar bu hala?
Necə olub yaranan aciz qalıb?
Nəsə olub bu baxışa varılıb.
Bu nədisə cavabı kimsə tapıb?
Tapılıbsa niyə sual yaranıb?
Demək onda doğu cavab olmayıb.
Doğru yoxsa necə rahat yaşayıb?
Bəlkə yalan bizə edib kifayət?
Yalanlarsa deyin verir səadət?
Yaşayırıq belə,doğru gəlmədən.
Doğru verir qiyməti söz demədən.
Yaşayırıq yenə başa düşmədən.
Düzü verən özün ayırmır bizlərdən.
Ayırsaydı heç doğrusun verərdi?
Biz etsək də yalnış o,heç etmədi.
Çıxdıq yoldan zalımlıq o,etmədi.
Yenə sakit-sakit düzü vermədi?
O,görünür bizlərə bir varlıq tək.
Varlıqları görürük biz vücud tək.
Bəs onlara yaşamı nə göstərir?
O,göstərən bizdəkindən fərqlənir?
Görən onlar bizim kimi düşünür?
Sizcə onlara bilik cavab ötürür?
İstək,seçim,məqsəd qurub düşünür?
Sual verir təhlil özü görünür.
Onlara bəs sualı nə verdirir?
Nə bilirlər sual bizə gərəkdir?
Niyə ondan başqa yollar seçilmir?
Verəndən də başqa nəsə keçrilir?
Verənin verdiyindən başqa nəsə keçirsə?
Düşünürsüz buna cavab verməyə?
Cavab versə hərəkətlər yaranar.
Hərəkətlər bizə cavab tapdırar?
Hərəkətə baxıb cavab tapırıq?
Yoxsa cavab elə hissdən alırıq?
Deyək kimsə elə nəsə törədir.
Törətdiyi bizə cavab öyrədir?
Tutalım ki,törənənlər cavabları öyrədir?
Öyrədirsə niyə sual gətirir?
Düşünürük niyə belə edilir?
Baş verənsə niyə cavab gətirmir?
Cavabları biz harda aradıq?
Bəlkə elə baş verəndə axtardıq?
Baş verəndən o tərəfə getmədik.
Getsə idik gün üzünü görməzdik?
Baş verəni yığdıq bizlər yaddaşa.
Cavab lazım oldu düşdük yaddaşa.
Axtarır ki,nədən belə baş verib?
Yığan ona cavab məndədir deyib.
Səhvi görən necə belə törətdi?
Bəlkə onu görməyib belə etdi?
Ona görə həmşə onu axtarır.
Ona tərəf nə (kim) bizləri aparır?
Bəlkə elə belə daha yaxşıdır?
Yaxşıdırsa niyə rahat buraxmır?
Hər an izzah edir səhvlər edirsən.
Məndən kənar cavabı sən verirsən.
Seçdiklərin məni yaman incidir.
Düz etmirsən kənar dayan bildirir.
Mənsə alıb cismi onun əlindən.
Cism zülüm çəkir anlaqsız əlindən.
Anlaqsızlıq bəlkə götür qoydadır?
Seçimləri bəlkə anlam yaradır?
Ümüd niyə yaradır heç aydındır?
Düz etmir ki,ondan belə davranır.
Bizə öyüd verildi ümüd elə.
İnam yarat özünə çarə elə.
İnamı ona yox,bax buna elə!
Başqasına inansan deyilər kafir sənə.
Mütləqdir ki,bağlanasan nəyəsə?
Bağlanmasan toplum zülm edər sənə.
Biri ora,biri bura sürüyər.
Çarəsizsə həmşə tələyə düşər.
Anlamadan deyir doğru hardadır.
Yolu seçir düşünür güc ordadır.
Bağlanıb girir belə oyuna.
Çarəsizsə gəlib həmşə oyuna.
Yazılanlar nədən belə yazılır?
Yazılandan bağlılığı o,alır?
Anlayırsa bu sözlərə bağlanar?
Düz gəlirsə yazana heç inanar?
Düzü görən deyin sizcə bağlanar?
Görməyibsə necə azad dolanar?
Azadlığı hardan gəlir anlamır.
Anlamayan həmşə sözə bağlanır.
Anladığı anda bilik axtarır?
Anlamırsa acizliyi yaranır.
Yaşayanda anlamamaq var görən?
Varsa necə yaşayıbdı o,görən?
Yaranmışı nə yaradıb görəsən?
Canlı nədir bu cavabı var bilən?
Canlı bizlər formasına deyirik.
O formanı nə yaradır,nə yaşadır bilirik?
Formaların ölçüsünü görürük.
Deyirik ki,o kiçikdir,bu böyük.
Ayırırıq bu acizdir,bu güclü.
Anlamırıq onu var edən gücü.
Yenə baxdıq üzdə olan şeylərə.
Baxılanlar düz cavab verib bizə?
Niyə kökün görmürük ki,hələ də?
Bəlkə sözdən çıxa bilmir ötəyə?
Sual verən cavab verir hələ də.
Bunu edənin çarə varmı özündə?
Sual niyə veridiyini görməsə?
Çaşıb-qalar doğrusunu bilməsə.
Sualları qurur,çünki doğru yox.
Doğru varsa sualları verən yox.
Demək onda doğru ayrı,söz ayrı.
Görən bunu hardan bildik,söz ayrı?
Anladığı anda sual yaranmır.
Sözü bilmək üçün bilik axtarmır.
Anlayır ki,sözü yığır anlamır.
Anlamadan heç rahat da yaşamır!
Düzü bizə ötürürsə birisi.
Düzü verib azad edər o,bizi.
Anlayarıq o,sevib əlbət bizi!
Sevməyibsə heç edər azad bizi!
Düzə gedir nədən görən birisi?
Sevgidəndir bəlkə onun hər işi?
Sevməyirsə niyə doğruya getsin?
Zövqü alır,niyə görən dəyişsin?
Ayıran ancaq özünü sevinir.
Ayırdığı veriləndən əzilir.
Əzə bilir ona görə sevinir.
Aciz isə tapmadıqda sevinir?
Bu dünyanın qara üzün yaratdıq.
Sevilmədik,sevmədik də zövq aldıq.
Deyin onda zövqü nədən yaşadıq?
Ayırmağın özündən biz zövq aldıq!
Bu dünyaya gəldi yeni körpələr.
Onlara da toplum verdi bilgilər.
Deyildi ki,nəyi,necə etməli.
Nə edib də zövqü ala bilməli.
Gülmək üçün ona yollar öyrətdi.
Əzməyəndə gülmək olmur bildirdi.
Əzməyindən o,da gülüş keçirdi.
Əzilənsə heç gülə də bilmədi.
Əzən özü heç cavabsız qalmadı.
Əzilən də bu çirkaba bulaşdı.
Ondan sonra sevgini arzuladıq.
Düşünərək sevgi nədi axtardıq.
Fikirləşib onu bizlər yaratdıq.
Bu cavabı özgələrlə paylaşdıq.
Sözlər alıb hər kəs bunu öyrəndi.
Onu bildik yaşam görən dəyişdi?
Yaşayandan kənar cavablar verdik.
Sözlər ilə cümlələri düzəltdik.
Cümlə yeni,bilik isə köhnədir.
Sevgi ona görə tapıla bilinmir.
Fikirləşmək doğru yox ki,edilir.
Aydın olan anda kim fikir edir?
İzləyərək özümüzü dərk edirik.
Fikirləşib cavab verib nə edirik?
Fikirləşib özümüzə yol seçdik.
Arzuladıq yalnız heç izləmədik.
Ümüd etdik bu nə vaxtsa düzələr.
Yol tapmadıq belə ümüdlər etdik.
Fikri nədən edirik anlayırıq?
Aydın olan onu isə yaşayırıq.
Demək birin görsək belə doğrudur.
Cavabı verən elə yaşayan olur.
Məcbur deyil hər şeyi də o,bilə.
Amma gedir yalnız belə yol ilə.
Dayan artıq səndə olan düz ilə.
Açılmayan sual qalmaz əzilmə!
Bu çözümsə səndən deyil öyünmə.
Bəs açması nədir bunun,söz demə.
İzlə yalnız danışanı dinləmə.
Yəni onu ali edib özünüsə əzdirmə.
Bunu ona verən elə sənə də,
Verər düzü,onun önünə keçmə.
Keçsən sənə zülümü yaşadar.
Qürrələnsən səndən öcünü alar.
Bu sadəcə şeirdi sözdən qorxma.
Onda zülm olmur bu sözdən qorxma.
Onsuz gəlib mənə sonu qoyanda,
Olacaq azad özünü heç qorxutma.
Mən yaranıb elə ayırmaqdan.
Sən yox idin olana bağlanmadan.
Qürrələndin onun verdiyi hissdən.
Səbəbi var etdin düzün bilmədən.
Ölüm,yaşam bunlar bir yerə idi.
Mən gələndə ayrılığı gətirdi.
Yaşamı ayırıb,parçalayıb,böldü.
Bu yaşamda ölüm zamana döndü.
Ölüm,yaşam bunların açmasın bilir?
Cismə bağlanmadan ölüm qorxu gətirir?
Biliklərdən mən olduğun o,bilir.
Fikirləri yalnız toplayan edir.
Söz yığmayan həm ölüdür,həm diri.
O,ölümdən necə qorxsun,mən yox ki.
Deyin görək hissin sözə var meyli.
Neyləyir ki,hiss göstərir qiyməti.
Sözə könül verənin yox diqqəti.
Olub düzlə,səhvi sözlə bilməli.
Yığdığların yığır yaşaya bilsin?
Yaşayanı görmür başqa nə etsin?
Verir,keçir,alır,anladır və son olur.
Niyə yığsın yaşayaraq suala son qoyur.
Aydın olur ondan bilik toplamır.
Ona görə həm ölür,həm yaşayır.
Ölüm sondur bunu hər kəs dərk edir.
Hiss özü yaşananı yaşayır və tərk edir.
Bu halında niyə görə bağlansın?
Bağlanmağı anlamayan ucaltsın!
Ona görə keçmişi o,saxlamır.
Kim saxlasa demək o,heç anlamır.
Yenə burda yenə çözür yaşayır.
Yaşayaraq sonra çözüm yaradır?
Yaşayaraq sonra çözüm yaratsa.
O deməkdir aydınlıq yoxdur onda.
Keçərək o,düzlə-səhvi anlasa.
Səhvlə-düzsüz ölüb çatar o,sona.
Səhvlə-düz elə onun özündən.
Başqa necə qiymət verir görəsən?
Hərəkətlər onun özündən gəlir.
Anlamaqsa ona çözüm gətirir.
Anlamağı hissdən kənar nə verir?
Harda nə var ona görən nə deyir?
Ona görə düşünmədən cavabları o,alır.
Fikir etmir o,əbədi yaşayır.
Bu fikirin yaratdığı həyatsa.
Yaradıbdır mükafat,həm də cəza.
Bunu edib səhvdən uzaq dayansın.
Doğru ilə özün güclü tanıtsın.
Özün güclü təqdim etmək məqsədi.
Bu məqsədin kökündə var hikkəsi.
Bu baxışsa onun gizli hiyləsi.
Hiylələri çözən bizdən irəli.
Edilənin nədən belə edildiyin anlayır.
Edəninsə edəcəyin o,əvvəldən tanıyır.
Onu heç vaxt salmaq olmur tələyə.
Tələlərin açarısa anlamağın əlində.
Bu fikirin oyunları yaman çox.
Gizlətdiyi hiylələri çözən yox.
Başa düşüb onu görən olmayıb.
Bunu bilib ona görə oynayıb.
Fikirləşib özünə bir taxt qurub.
Əbədiyyəm bu cavabı uydurub.
Ona görə özün saxlamaq üçün,
Yer axtarıb özün yaşatmaq üçün.
Fikirləşib başqa dünya yaradıb.
Sonsuzluğu o,dünyaya daşıyıb.
Başa düşür burda onun yeri yox.
Başqa yerə getməkdən çarəsi yox.
Başa düşür hissiyat ondan üstün.
Yalan qurub görülsün ondan üstün.
Yalanısa görən necə yaradıb?
Plan quran özün səbət aparıb.
Necə özün belə sərbəst aparıb?
İç üzünü görən yoxdu anlayıb.
Yoxsa necə boş sözləri danışar?
Doğrununsa qarşısında yox olar.
Burda ona yaşayan son gətirib.
Ona görə o,hissdən üz çevirib.
Nə etsə də möhür vurur bu məndən.
Mən aliyəm o,aslı qalsın məndən.
Bəs nifrəti o,görən hardan alıb?
Qəzəbisə çoxlu canlar yandırıb.
Ehtiyatla toxunmasan işığı zülmet edər.
Aydın başla yanaşmasan sevgiyə son gətirər.
Susmasa o,zalımlıq gələr ondan.
Düz olmadan zərər görərsən ondan.
Elə ki,hürküdürsən dünyanı zindan edər.
Dəqiqliyi olansa bu zindanı yox edər.
Zərər nədən gəlirsə əvvəl onu görməli.
Düşünüb də başqasın o,çəkərsə irəli,
Düşünənin özüsə fikir sürər irəli.
Zərər verən başqası onu görər düşməni.
Bu fikirlə o,sənin başını məşğul edər.
Dolaşığa salaraq səhv yerlərə götürər.
Verər belə fikiri pisləri mən çözəcəm.
Qulaq assan ona düzə çata bilməzsən.
Bağlanaraq o,özün üstün yaradır.
Özün üstün görənsə zəifləri yaradır.
Bağlandığı alidir ondan geri zəiflər.
Bağlılığa toxunsan üstündən əzib keçər.
Qəzəbi nədən alır belə cavab qaytarır?
Bəlkə ona qəzəbi bağlılığı yaradır?
Ancaq qarşı tərəfi təhdid edib bildirir.
Sən verdin qəzəb mənə,belə cavab verilir.
Qutarmazsan canını heç vaxt onun əlindən.
Qəzəbi sönməz onun sənə zülüm etmədən.
Yadından da çıxarmır yalnız onu düşünür.
Səni harda görürsə o an qəddara dönür.
Edilməyib ona pis sualdan qəzəb çəkir.
Doğru cavab yox deyə ona görə əzilir.
Bildirilir ona ki,düz aydınlıq gətirir.
Cavabında deyir ki,onu biliklər verir.
Edilir sual-cavab mövqeyini buraxmır.
Daxildən yanır hey doğrulara baxmayır.
Bağlılıqdan qopmayır ondan verir qiyməti.
Bu qiymətin verdiyi ayırıb əlbət bizi.
Elə bilir o,özün ondan seçib,ayırır.
Elə bilir suallar ayırandan başlayır.
Onu yaman əziblər ondandır edir belə.
Sözlər ilə əzilib yaxın gəlmir o,belə.
Sözlə düşübdür tora,bunu özü anlayır.
Anlamır ki,sözlərə düzü yox qulaq asır.
Anlamağsa söz deyil necə bunu öyrənər?
Anlamaq nədən gəlir bunu görüb o,bilər.
Görsə onu sevən var daxilən sakit olar.
O,sakitlik yaşama yeni rəng,çalar qatar.
Yalançını yalandan bəlkə düz uzaq salır?
Çünki onun yalanın ətrafdan görən vardır.
Sevgi kiminsə deyil o,yaşayan birinin.
Yaşayansa nədir ki,sualı aydın edin.
Yaşayan elə hissdir,ona yaşamı verən nə?
Yaşayana yaşamı hissdən başqa verir nə?
Yaşayanı bölmüşük elə biz çoxlu yerə.
Anlasaydıq bölərdik bu qədər çoxlu yerə?
Biri olub yaradan,biri isə yaranan.
Biri olub yaşayan,biri isə yaşanan.
Deyilib ki,sən varsan bir də səni yaradan.
Bele deyilib ona,bir də qarşıda olan.
Görürsənsə nəyisə,o var bir də sən varsan.
Birdə sənə bunları göstərən var yaradan.
Baxaq görək elədi,düzmü verilib bunlar?
Görürəm bir köpəyi günəşdən uzaq durar.
Kölgə bir yerə gedib,elə orda oturar.
Kölgədə otursa da dərindən nəfəs alar.
Bu anda sual gəldi niyə orda oturub?
Burda olan havanı o,görən hardan duyub?
Bu sualın özündə mən və bir köpək olub?
Yoxsa bu sualı da elə hiss özü qurub?
Hər ikimiz yaşadıq orda olan ortamı.
Hər ikimiz anladıq orda olan yaşamı.
Ona baxıb anladım o,niyə belə edir?
Yoxsa onun etdiyin hiss özü mənə deyir?
O,olanı keçirir,məndə həmin olanı.
O,nə keçirirsə hardan bildim cavabı?
Ona gələn o,şeyi necə alıram ondan?
Bəlkə soruşub sözlə,cavab alıram ondan?
Axı o,məndən ayrı,məndə ondan aralı.
Nə etsə anlayıram,dursa belə aralı.
Formaca fərqlənirik,anlamaqda fərqliyik?
Fərqli olsaq əgər biz,necə cavabı görərik?
Düşünmüşük mən ayrı,birdə o,varlıq ayrı.
O,varlığın etdiyin sözlə soruşmaq ayrı.
Sual versən sözlə sən hansı cavab yaranır?
Bəs onu aydın görsən,sözü bilmək yaranır?
Bəs o məni yaradan,həm də onu yaradan.
O,nədir ki,görüb sən düz cavaba çatasan.
Bizə verib o canı,həm də bütün cavabı.
O,özüsə hardadır,kim verəcək cavabı?
Görən o,da canlıdır,yoxsa canı yaradıb?
Yaradır və yaşadır,yaradıb və dayanıb?
Onun zamanı yoxsa demək yenə yaradır.
Zamanı varsa onun yaradıb və dayanıb.
Sözləri eşidərək,götürdük bilik aldıq.
O,biliklərinsə açarın bizlər aldıq?
Yoxsa yalnız sözləri biz yığmağa başladıq?
Toplayaraq sözləri aydınlığa heç çatdıq?
Bəs sualı quran kim o,cavabı görən kim?
Bəs özünü görək kim,bir də onu görək kim?
Bəs ortamı keçən kim,hərəkəti edən kim?
Bəs bunları bilən kim,bir də onu yazan kim?
Bizim üçün olubdur yaman çoxlu o,kimər.
Kimləri çözmək üçün yaman o,fikirləşər.
Fikir onu salıbdır çıxılmaz labirintə.
Hara getsə də belə,çıxmayıb gün üzünə.
Bəs bu qaranlıq yaşam görən necə dəyişər?
Aydınlıq necə gəlsin bunu quran düşünər!
Yolu o,tapmaq üçün edir çoxlu fikirlər.
Fikirləşib yalnız o,yollardan birin seçər.
Açılmazsa sualla yalnız zülmü yaşayar.
Ondandır sual gəlir bunu görsə anlayar.
Bu verilən suallar onu əzməyə deyil!
Bu suallarla hissi,məndən ayırmaq deyil?
Qorxudan olan baxış,həmşə şübhədə olur.
Yada salır keçmişi,qorxular peyda olur.
O,keçmiş ki,ona heç,rahat həyat yaşatmır.
Necə yaşatsın ona,acizlik yadındadır!
Edib həmşə səhvləri,indi yaman gündədir.
Kim kömək edər ona,mən elə gündəmdədir.
Mənlər gəlir üz-
A